525.Az

Rusiyadan qayıdanlar arasında koronavirusa yoluxma aşkarlandı


 

Rusiyadan qayıdanlar arasında koronavirusa yoluxma aşkarlandı<b style="color:red"></b> “Telekanallarda, ictimai nəqliyyatda koronavirusa qarşı mübarizə ilə bağlı təbliğat işləri aparılmalı, dayandırılmamalıdır”.
 
APA-nın məlumatına görə, bunu bu gün xüsusi karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
 
“Dezinfeksiya tədbirləri davam etməli, şəxsi gigiyenaya riayət olunmalıdır. İş yerlərində məlumatlandırıcı posterlər asılmalıdır. Bu işdə bizə dəstək verən Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirik”, - deyə o vurğulayıb.
 
TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, mart ayında hava nəqliyyatı ilə xarici ölkələrdən 10 mindən çox vətəndaş ölkəyə gətirilib: “Operativ Qərargah may ayında xarici ölkələrlə hava əlaqələrinin bərpa olunmayacağını açıqlayıb. Bu yaxınlarda Rusiyadan gələn 548 nəfər arasında koronavirusa yoluxma halları aşkarlanıb. Biz mütləq xaricdən gələn vətəndaşlar üçün karantin rejimini tətbiq etməliyik”.
 





24.04.2020    çap et  çap et