525.Az

“Koronavirus qeydə alınmış rayonların 25 faizində artıq fəal ocaqlar ləğv edilib”


 

“Koronavirus qeydə alınmış rayonların 25 faizində artıq fəal ocaqlar ləğv edilib”<b style="color:red"></b>

“Ölkəmizdə hələ də epidemioloji gərginlik müşahidə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V. Qasımov deyib ki,  Azərbaycanda diaqnostik testlərin sayı çoxalıb: “Testlərin nəticəsi də göstərir ki, yoluxma halları müəyyən qədər azalıb, son iki həftə ərzində demək olar ki, artım olmayıb. Eyni zamanda koronavirusa yoluxanların 60 faizindən çoxu sağalıb. Ona görə də karantin rejimini mərhələ-mərhələ azaltmaq, ləğv etmək olar. Bunun üçün davranış qaydaları olmalıdır. Əhali bilməlidir ki, özünü yoluxmadan necə qorusun. Dövlət üzərinə düşən bir çox vəzifələri yerinə yetirdi. Vətəndaşlar bundan sonra davranış qaydalarına riayət etsə, xəstəliklə mübarizəmizi başa çatdıra bilərik”.

Səhiyyə nazirinin müavini nəzərə çatdırıb ki, karantin tədbirləri yumşalan zaman hansısa zonada yoluxma artarsa, bu halda yenə də karantin rejimi sərtləşdirilə bilər: “Bəzi regionlarımız artıq bu xəsəlikdən təmizlənib. Xəstəlik qeydə alınmış rayonların 25 faizində artıq fəal ocaqlar ləğv edilib. Bu da birgə səy nəticəsində baş verib”.

 





24.04.2020    çap et  çap et