525.Az

"İctimai nəqliyyatda çox böyük sıxlıq olur"


 

 "İctimai nəqliyyatda çox böyük sıxlıq olur"<b style="color:red"></b>

"İctimai nəqliyyatda çox böyük sıxlıq olur, koronavirus da hava-damcı yolu ilə yayılan infeksiyadır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. O deyib ki, ona görə yerüstü nəqliyyata daha çox üstünlük verilir: "Yəqin ki, metronun da açılışı məsələsinə baxılacaq".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı təlimatlar hazırdır, bütün müvafiq təşkilatlara veriləcək: "Tibbi qaydalara əməl edilməlidir. Bu təlimatlar da sərnişin sıxlığının aradan qaldırılmasına səbəb olacaq".

 





24.04.2020    çap et  çap et