525.Az

"ASAN Xidmət"in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib"


 

"ASAN Xidmət"in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib"<b style="color:red"></b>

Karantin müddətində "ASAN Xidmət"in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, SMS icazə vasitəsilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub: "Gün ərzində təxminən 1 milyon insan SMS icazə üçün müraciət edir. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alır".

 





25.04.2020    çap et  çap et