525.Az

"190 manatlıq ödəniş üçün VÖEN olması heç bir rol oynamır"


 

"190 manatlıq ödəniş üçün VÖEN olması heç bir rol oynamır"<b style="color:red"></b>

“Fərdin VÖEN-ə malik olub-olmamasının 190 manat maliyyə dəstəyi ödənişini almasına heç bir təsiri yoxdur”.

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanıb, bu meyarlarla uyğun bütün müraciətlərə baxılır və icra olunur.

"O meyarlar arasında fərdin VÖEN-ünün olub-olmaması əhəmiyyət daşımır", - deyə nazir qeyd edib.

 





25.04.2020    çap et  çap et