525.Az

Şagird və valideynlər üçün növbəti sosial-maarifləndirmə videoçarxı


 

Şagird və valideynlər üçün növbəti sosial-maarifləndirmə videoçarxı<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan verilən xəbərə görə, "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 2-ci videoçarxda Bakı şəhəri 232 nömrəli tam orta məktəbin psixoloqu Heyran Səfərova “Oyunların uşaqların məntiqi təfəkkürünün inkişafında rolu” mövzusunda tövsiyələrini təqdim edir.

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.



 





27.04.2020    çap et  çap et