525.Az

Türkiyənin iki məşhur siması Bakıya gələcək


 

Türkiyənin iki məşhur siması Bakıya gələcək<b style="color:red"></b>

V “The First 2013” mükafatlandırma mərasiminin keçiriləcəyi tarix bəlli olub.

Axşam.az-ın məlumatına görə, tədbir dekabrın 23-ü “JW Marriott Absheron Hotel”də baş tutacaq.

Saat 18:00-da başlayacaq mərasimdə bir çox sürpriz qonaqlar olacaq. Gecədə məşhur “Kaybolan yıllar” serialının baş rol ifaçısı  Saruhan Hunel də iştirak edəcək. Mükafatlandırma mərasiminin sürpriz qonaqları sırasında "O Səs Türkiyə"nin finalçılarından olan və “İsyan” mahnısı ilə sevilən Ayda Mooşarrafın iştirakı da gözlənilir. Bununla yanaşı, tədbirə əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar qatılacaq.

Qeyd edək ki, ötən illərdə keçirilən “The First”  mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazit Öztürk, aktyor Erkan Petekkaya, müğənni Serenay Sarıkaya, Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar  gəlmişdi.

 





11.12.2013    çap et  çap et