525.Az

Nazir müşaviri: “Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”


 

Nazir müşaviri: “Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”<b style="color:red"></b>

“Məktəblərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda tədris tədricən bərpa olunmalıdır.

“Azərbaycan koronavirusa pandemiyasına çevik reaksiya verməsi ilə nümunə oldu. Bu baxımdan istəməzdik ki, hansısa tələsik addım daha böyük fəsadlara səbəb olsun”, - deyə, nazir müşaviri vurğulayıb.

E. Məmmədov tədrisin bərpası ilə bağlı mütəmadi olaraq təxribat xarakterli məlumatların yayıldığını vurğulayıb.

O, ictimaiyyəti rəsmi qurumların məlumatlarına istinad etməyə çağırıb.

 





28.04.2020    çap et  çap et