525.Az

MİDA: "Hövsanda güzəştli mənzillərin satışına başlanılır"


 

MİDA: "Hövsanda güzəştli mənzillərin satışına başlanılır"<b style="color:red"></b>

Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra hovsan.mida.gov.az səhifəsində “Mənzillər” bölməsi aktivləşdiriləcək.

İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

 





28.04.2020    çap et  çap et