525.Az

"Poeziyanın dili - Dostluğun dilidir!"


 

MOSKVADA AZƏRBAYCANLI VƏ RUS ŞAİRLƏRİN GÖRÜŞÜ OLUB

"Poeziyanın dili - Dostluğun dilidir!"<b style="color:red"></b>

Yalanın bir neçə üzü olsa da, həqiqətin yalnız bir üzü vardır. Bu danılmaz bir faktdır ki, Azərbaycan rus xalqları bütün dövrlərdə dəfələrlə üzbəüz qoyulsalar da, onlar həqiqəti aşkar edib ortalığa çıxara bilmiş, öz dostluqlarını qoruyub saxlaya bu günümüzədək gətirib çıxara bilmişlər.

Bu günlərdə yaşanan narahat halların da elə bir köklü səbəbi yoxdur, yenə kimlərsə  bu iki qədim möhtəşəm xalqı oyuna gətirmək, istifadə edib çaxnaşdırmaq öz kirli məramlarına yetmək istəyirlər.

Elə bu ağrılı-acılı zamanımızda, qürbətdə yaşayan azərbaycanlıların türkdilli xalqların belə çətin vaxtında "Dünyanı söz xilas edəcək!" kəlməsi bəlkə adi çeynənmiş görünə bilər. Lakin mənasına varıb düşündükdə, bu kəlmələrin - bir xilas yolu sülhməramlı kəlmələr olduğunu görərik.

Rusiyanın paytaxtı Moskva şəhərində - rəsmi qeydiyyata görə minlərlə azərbaycanlının yaşadığı bu nəhəng meqapolisdə hər bir siyasi mənəvi zəlzələni, hər bir narahat təkanı öz üzərlərinə götürən, vicdanını yatmağa qoymayan vətənvərvər ziyalılarımız heç az deyil. Məhz onlar "Bazar adamı" kəlməsini üstümüzdən götürməyə çalışır Azərbaycanın - bu möhtəşəm diyarın üstünlüklərini, ədəbiyyatının gözəlliyini, incəsənətinin təkrarsızlığını, musiqisini... dünya xaılqlarına tanıtdırır aşılayırlar. Onların üzərinə, düşmən xalqın nümayəndələrinin təxribatçı hərəkətlərini dəf etmək, haqqımızdakı yalnış düşüncələrə son qoymaq həm özünü sübut etmək kimi ağır bir yük düşür.

Bu günlərdə Moskvada, Millətlər evinin böyük zalında, "Ocaq" Azərbaycan mədəniyyəti cəmiyyəti Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin təşəbbüsü ilə Azərbaycan rus şairlərinin şeir gecəsi keçirildi. "Poeziyanın dili - Dostluğun dilidir"  adlı bu gecədə AYB Moskva bölməsinin , Moskva Yazıçılar birliklərinin üzvləri eləcə digər şairlər, yazıçılar, ədəbiyyatsevərlər, siyasətçilər media işçiləri iştirak edirdilər. Tədbiri AYB Moskva bölməsinin sədri, türkoloq alim Tofiq Məlikli açdı.

Tofiq müəllim tədbirə gələn bütün qonaqları salamlayaraq bu görüşün ədəbi siyasi önəmini qeyd etdi. Əsrlərdən keçib gələn Azərbaycan rus xalqlarının dostluq hörmət hisslərinin qırılmaz olduğunu, bu bağların möhkəmlənməsində biz ziyalıların məsuliyyət daşıdığını söylədi: "Tarixdən bildiyimiz kimi, 1837-ci ilin 31 yanvarında Puşkinin dueldə öldürülməsi xəbəri bütün Rusiyanı, o cümlədən Qafqazı sarsıtdı. Məmləkətin hər yerində bu ağır itki milli matəm kimi qarşılandı.

Hələ 1837-ci ildə 25 yaşlı Azərbaycan yazarı Mirzə Fətəli Axundzadə dahi rus şairi Puşkinin ölümünə təsirlənərək hər kəsdən öncə poema yazmışdı. Puşkinin qatillərinə, o cümlədən çara qarşı sonsuz nifrət qəzəblə coşan mütləqiyyətdən çəkinməmiş, onları lənətləmişdi. Poemanın əsas məzmununu Mirzə Fətəli Axundzadənin Rusiyanın görkəmli şairi Puşkinin şəxsiyyətinə onun yaradıcılığına olan məhəbbəti təşkil edir. Axundzadə "Puşkinin ölümünə Şərq poeması" yazmış onu ruscaya nəsrlə tərcümə etmişdi. Əsər həmin ildə Rusiyada "Moskovskiy nablyudatel" məcmuəsində rus dilində nəşr olunmuşdu. X1X əsrdən başlayaraq rus yazıçıları, ilk öncə şairləri Azərbaycana, onun xalqına, gələnəyinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərmiş gözəl əsərlər yaratmışlar. Bunun ən bariz sübutu 2013- ildə Mixail Sinelnikovun tərtib çap etdirdiyi "Türk Mavisi: Cənubu Şimalı Azərbaycan rus şairlərinin şeirlərində" kitabıdır. Orada Rusiyanın böyük şairlərinin Azərbaycana həsr etdikləri olduqca çox parlaq əsərlər vardır".

Sonra Tofiq Məlikli, tədbirdə iştirak edən böyük rus şairi, neçə-neçə gənc şairlər nəslinin yetişməsində böyük rolu olan, M.Qorki adına Ədəbiyyat İnstitutunun professoru Yevgeni Borisoviç Reynə söz verdi.

Yevqeni Borisoviç sözünə xatirələrilə başladı: "Mən uşaqdım, 12 yaşım vardı. Anamla SSRİ-nin kurortlarından birində istirahət edirdik. İnanmazsınız, amma günlərin birində bizimlə bir masa arxasında Azərbaycanın dahi şairi Səməd Vurğun əyləşdi. Mənim şeirə sözə olan sevgimdən xəbər tutan şair, başımı sığallayıb mənə xeyir-dua verdi. Bəlkə elə onun mübarək əlinin şair dualarının enerjisi idi ki, mən indi sizin tanıdığınız insan olmuşam..." Reyn Azərbaycanın dahi şairi Bəxtiyar Vahabzadəni tərcümə etdiyini, onun şeirlərinə şəxsiyyətinə dərin hörmət bəslədiyini vurğuladı. Daha sonra tərcümə etdiyi şeirlərdən birini öz orijinal əsərini oxudu.

Azərbaycan ədəbiyyatının ümumiyyətlə Şərq ədəbiyyatının dünyada tanınmasında böyük əməyi olan görkəmli şair, publisist tərcüməçi M. İ. Sinelnikov da gecədə iştirak edirdi. M.Sinelnikov Azərbaycanda yaxşı tanınan şairlərdən biridir. O, bu yaxınlarda nəşrdən çıxan "Türk Mavisi: Cənubu Şimalı Azərbaycan rus şairlərinin şeirlərində" ("Sin Tyurkskaya: Azerbaydjan Severniy i Yujniy v stihah ruskkih poetov")  kitabına görə N. Nəcəfov adına mükafata layiq görülmüş   bu mükafatı Moskvada, AYB sədri Anar şəxsən ona təqdim etmişdir. Sinelnikov Azərbaycan şairləri arasında dostları olduğunu söylədi: "Azərbaycanın məşhur şairlərindən biri olan Məmməd İsmayılla 35 ildən artıq bir müddətdir ki, dost qardaşıq. Onun şeirlərini sevə-sevə tərcümə edirəm. Boynuma almalıyam ki, ömründə heç vaxt qadın şairlərdən kimisə tərcümə etməmişəm hesab edirdim ki, bunu heç zaman da etməyəcəm. Lakin Moskvada keçirilən şeir gecələrinin birində azərbaycanlı şairə Afaq Şıxlı ilə tanış oldum. Onun şeirlərindəki forma məzmun məni fikrimdən dönməyə vadar etdi düşündüm ki, Azərbaycan ədəbiyyatına rus ədəbiyyatının öz Anna Axmatovası dünyaya gəlmişdir! Afaq Şıxlının şeirlərini böyük məmnuniyyətlə tərcümə edirəm icazənizlə adını çəkdiyim şairlərin şeirlərindən bir neçəsini sizə oxuyardım..."

Mixail Sinelnikovun  çıxışından sonra söz gözəl şair, tərcüməçi İlham Bədəlbəyliyə verildi. O da xalqlarımız arasında sıx əlaqələrin yaradılmasına, rusların Moskvada yaşayan azərbaycanlıların bir-birinə hörmət ehtiram bəsləməsinə incəsənətin, ədəbiyyatın, musiqinin böyük təsirindən danışdı. İ.Bədəlbəyli rus dilində, məzmunca zəngin, ahəngcə ürəyəyatımlı şeirlərindən bir neçəsini söylədikdən sonra Aleksandr Vladimiroviç Yudaxin çıxış etdi:

"Azərbaycanla əlaqələrim çoxdandır. Bakı hər zaman gözəl qonaqpərvər şəhər olub. Mənim oarada sevimli şair dostlarım vardı. Nəriman Həsənzadənin şeirlərini, rəhmətlik Bəxtiyar Vahabzadənin bir neçə kitabını mən tərcümə etmişəm".

Sonra söz AYB Moskva bölməsinin katibi şair Nəsib Nəbioğluna verildi. Şair, çıxışını ana dilimizdə başladı. Vətənimizin onun vətəndaşlarının hər zaman qonaqpərvər, istiqanlı, səmimi olduğunu sözləyən şair, rus xalqının da bizim kimi sadə mehriban xalq olduğunu, aramızdakı müvəqqəti anlaşılmazlıqların keçiçi olduğuna inandığını qeyd etdi. Ədəbi əlaqələrin möhkəmləndirilməsi sahəsində Azərbaycan yazarlarının hər zaman ilk addım atmağa hazır olduqlarını dedi. Şair öz ana dilimizdə eləcə dostu həmkarı Nikolay Qoroxovun tərcüməsində rus dilində bir neçə şeir oxudu.

Tofiq bəy çıxış etmək üçün azərbaycanlı şairə Afaq Şıxlınısəhnəyə dəvət etdi: "Moskvada yaşadığım 15 il ərzində rus yazarları arasında özümə xeyli dost qazanmışam. İştirak etdiyim şeir gecələrində, simpozium konfranslarda ruslar üçün Azərbaycan qadınının yazarının ümumiləşmiş siması olduğumu, daşıdığım məsuliyyətin ağırlığını unutmuram. Hər zaman xoş isti münasibət görmüşəm xeyli dost qazanmışam. Tale elə gətirib ki, mən Rusiyanın ən tanınmış şairlərindən biri olan Mixail Sinelnikovla rastlaşdım biz az zaman ərzində yaxın dostlara çevrildik. O mənim şeirlərimi tərcümə etməyə başladı. Mən isə bu yaxınlarda onun bir neçə şeirini ana dilimizə tərcümə edərək Bakıya göndərdim bu tərcümələr "525-ci qəzet" "Xəzər" jurnalında nəşr edildi, gözəl əks-səda doğurdu". Bundan sonra Afaq Şıxlının M.Sinelnikovun birlikdə hər iki dildə oxuduqları şeirlər gurultulu alqışlarla qarşılandı.

Rus şairi Gennadiy Kalaşnikov  da öz növbəsində belə gecələrin böyük əhəmiyyətindən danışdı Məmməd İsmayıldan tərcümə etdiyi "Qovorəhie çinarı" kiçik poemasını ifa etdi.

Bundan sonra şair, rəssam, filosof  Maya Bədəlbəyli özünün fərqli maraqlı üslubda yazılan şeirlərindən bir neçəsini qonaqlara hədiyyə etdi.

Dünyanın əlli ölkəsini əhatə edən Beynəlxalq Yazıçılar Publisistlər Assosiasiyasının sədri Andrey Korsarov səhnəyə dəvət olundu. O, Mədəniyyət Turizm Nazirliyinin dəvətiylə Bakıda olduğunu, elə bu gün oradan Moskvaya gəldiyini bu şeir gecəsinə yetişdiyi üçün məmnunluq duyduğunu söylədi. BYMP-nın orqanı olan "İndiki zaman" jurnalında "Şairlər Planeti" silsilə kitabında yaxın günlərdə yenə azərbaycanlı şairlərin, o sıradan N. Nəbioğlunun,  İ. Bədəlbəylinin, A. Şıxlının, Nilufər A.Şıxlının bir neçə digər şairin şeirlərinin dərc olunacağını bildirdi. Bundan sonra A. Korsarov bir neçə şeirini Polşa şairlərindən tərcümələrini oxudu.

Şeir gecəsində həmçinin Valentin Reznik, Sergey Karatov qonaqları Azərbaycan şairlərindən tərcümələrlə tanış etdilər. Sergey Karatov "Şəhriyar" cəmiyyətindəki şairlərlə dostluğundan bu dostluğun onun üçün çox önəmli olmasından danışdı.

Gecədə Rusiyanın Əməkdar incəsənət xadimi, Moskva Mədəniyyət Komitəsinin keçmiş rəhbərindən biri Sergey Borisoviç Remizov bir dinləyici kimi ürəkdən gələn, emosional səmimi sözlərlə dolu çıxış edərək,  bu iki qardaş xalqın dünya durduqca dost olacağını buna maneçilik törətmək istəyən qüvvələrin məğlubiyyətə məhkum olacaqlarnı vurğuladı. "Lermontovun sevdiyi Qafqaz, Yeseninin məftun olduğu Bakı bizim üçün hər zaman əziz olub, əziz qalacaq. O torpaqlarda bizim şairlərin ruhu dolaşır, o yerlərdə onların məhəbbəti yaşayır".  S.Remizov Yeseninin "Əlvida, Bakı!", S.Vurğunun "Azərbaycan" şeirlərini hərarətlə oxuyaraq, Azərbaycan torpağına onun övladlarına məhəbbətini ifadə etdi.

Ədəbi gecə olmaqla bərabər, Azərbaycan rus xalqları arasında dostluq tellərinin möhkəmlənməsinə zəmin yaradan böyük siyasi əhəmiyyətli bu tədbir şair qələmilə ürəklərə yol açmış Tofiq Məliklinin şeirlərilə yekunlaşdı. Tofiq Məlikli salonda oturan hər kəsin təkidi ilə "Mənim şəhərim"i, "Ayrılıq heykəli"ni oxudu. Daha sonra Tofiq Məlikli tədbirə gələn, bir-birinə dostluq əli uzatmağa hazır olan rus azərbaycanlı şairlərə, gecənin iştirakçılarına bir daha təşəkkür etdi.

Nilufər ŞIXLI,

ÜAK saytının redaktoru, Moskva

 





11.12.2013    çap et  çap et