525.Az

Bakı Uşaq Teatrının "Həyatla oyun"u


 

Bakı Uşaq Teatrının "Həyatla oyun"u <b style="color:red"></b>

Dekabrın birinci ongünlüyündə Bakı Uşaq Teatrı narkomaniya QİÇS-ə qarşı mübarizəyə həsr olunmuş silsilə maarifləndirici tədbirlər keçirib.

Teatrın mətbuat xidmətindən "525"ə verilən məlumata görə, bu məqsədlə Bakıdakı 53 nömrəli tam orta məktəbdə Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı "Həyatla oyun" tamaşası nümayiş etdirilib. Bu, rejissoru İntiqam Soltan olan tamaşanın artıq 150-ci yubiley nümayişidir. Real həyatdan götürülmüş hadisələr əsasən bir qrup tələbə arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadə etməyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən narkomaniya QİÇS haqqında maarifləndirilən tələbələr QİÇS-dən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın bu xəstəliyə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yanlış münasibəti isə Dumanın pis yola düşməsinə təhrik edir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir.

Bütünlükdə 1 saat 15 dəqiqədən ibarət tamaşa yeniyetmələrin bu bəladan qorunması yayınması üçün bir təbliğat vasitəsi kimi istifadə olunur.

S.ABDULLAYEVA

 





11.12.2013    çap et  çap et