525.Az

İsrafil İsrafilov Makedoniyaya dəvət olunub


 

İsrafil İsrafilov Makedoniyaya dəvət olunub<b style="color:red"></b>

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov prodüser şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov Makedoniyaya işgüzar səfərə yollanıb. Onlar Makedoniya Milli Teatrının yeni binasının açılış mərasiminə dəvət olunublar.

1963- ildə Makedoniyada baş vermiş zəlzələ nəticəsində Milli Teatrın binası yerlə-yeksan olub o zamandan etibarən teatr binasızlıq şəraitində fəaliyyət göstərib. Uzun müddətli fasilədən sonra paytaxt Skopye şəhərində teatr üçün yeni bina tikilib. Müasir tələblərə cavab verən teatr binasının tikintisi Makedoniya teatrının renessansı kimi qəbul edilir. Açılışdan sonra teatrda Makedoniyanın məşhur modernist yazıçısı Cordan Pleneşin pyesi əsasında hazırlanmış "Əbədi ev" tamaşası namyiş olunub. Makedoniyalı rejissor Deyan Praykovskinin quruluşunda hazırlanan tamaşanın premyerası 7, 8, 9 dekabr 2013- il tarixlərində keçirilib. Tamaşada Makedoniya teatrının ən yaxşı aktyorları iştirak edir. Təntənəli açılış mərasiminə Azərbaycan teatrının nümayəndələri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, teatrşünaslar, direktorlar, teatr prodüserləri, festival təşkilatçıları da dəvət olunub.

Səfərdə Makedoniya teatrı ilə, eləcə dəvət olunmuş qonaqlarla bir sıra işgüzar görüşlərin keçirilməsi, Azərbaycan teatrının beynəlxalq əlaqələrinin gücləndirilməsinə yönəlmiş danışıqların aparılması nəzərdə tutulub. 

Məhəbbət   HACIYEVA

 





11.12.2013    çap et  çap et