525.Az

Meliorasiya və Su Təsərrüfatı ASC 5350 tənha yaşlıya və aztəminatlı ailəyə yardım edib


 

Meliorasiya və Su Təsərrüfatı ASC 5350 tənha yaşlıya və aztəminatlı ailəyə yardım edib<b style="color:red"></b>

Ölkəmizdə tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq yardımlarının göstərilməsi işləri davam etdirilir. Bu istiqamətdə sosial dəstək aksiyaları keçirən sosial tərəfdaşlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir.

Son günlərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıda və respublikamızın bölgələrində ümumilikdə 5350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı verilib. Ərzaq payları sosial xidmətçilərlə birgə tənha yaşlıların, aztəminatlı ailələrin evlərinə aparılaraq onlara çatdırılıb.

Keçirilən belə sosial aksiyalar ölkəmizdə pandemiya dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir töhfədir.

 





29.04.2020    çap et  çap et