525.Az

Türk Şurasına üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək


 

Türk Şurasına üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək<b style="color:red"></b>

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov "Twitter"də bildirib.

“Aprelin 30-da COVID-19 pandemiyasının səbəb olduğu mövcud vəziyyəti müzakirə etmək üçün Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək”, - deyə Q. Gözəlov vurğulayıb.

Qeyd edək ki, artıq quruma üzv dövlətlərin liderlərinin və Səhiyyə nazirlərinin virtual formatda konfransı baş tutub.

 





29.04.2020    çap et  çap et