525.Az

Rusiyada nazir koronavirusa yoluxdu


 

Rusiyada nazir koronavirusa yoluxdu<b style="color:red"></b>

Rusiyanın Tula vilayətinin səhiyyə naziri Aleksey Erkdə COVID-19 aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tula vilayətinin hökuməti açıqlayıb.

Məlumata görə, nazirin vəziyyəti yaxşı olduğuna görə işini davam etdirəcək.

Xatırladaq ki, Rusiyada koronavirusa yoluxma faktlarının sayı 100 000-ə yaxınlaşıb. Ölkədə 972 nəfər pandemiyanın qurbanı olub.

 





29.04.2020    çap et  çap et