525.Az

Kəlbəcərli dost itkisinin Moskvadan gələn sorağı


 

Kəlbəcərli dost itkisinin Moskvadan gələn sorağı<b style="color:red"></b>

Bu gün Moskvadan Nəsib Nəbioğlu zəng etdi. Xeyli danışdıq.

Nəsib müəllim karantindən, fövqəlada vəziyyətdən, bu gün bəşəriyyəti bürümüş pandemiyadan, insaların çətin durumda qaldığından, Moskvada da vəziyyətin ürək açan olmadığından danışdı:

- Bu gün insanlar evdə oturub, üzdə biruzə verməsələr də daxilən çox narahatdırlar. Qlobal problemə çevrilən koronavirus pandemiyası ilə bütün dünya ölkələri ciddi mübarizə aparır. Moskvda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Aprelin 28-də Rusiyanın prezidenti əhaliyə müraciət elədi və karantin müddətini may ayının 11 kimi artırdı. Koronavirus hamımızın həyatına daxil olub. Bu gün insanlar vəziyyəti real başa düşürlər və onların düşüncəsində müxtəlif fikirlər, narahatlıqlar tuğyan edir. Bu virusun bütün dünyada törətdiyi və törətməkdə olduğu problemləri, minləlrlə insanın həyatına son qoyduğunu hamımız bilirik. 2-3 ay öncə belə bir hadisə ilə qarşılaşacağımızı ağlımıza belə gətirə bilməzdik. Bu gün dünyanın heç bir ölkəsi özünü sosial-iqtisadi böhranlardan, hər hansı xəstəliyin yayılmasından sığortalanmış hesab edə bilməz. Beləliklə, bu gün yaşadığımız dünyanın reallığı ondan ibarətdir ki, istənilən ölkədə ya yeni mikrocanlıların törətdiyi təhlükəli xəstəliklər baş verə, yoluxmadan epidemiyaya, ondan da pandemiyaya keçə bilər.

Nəsib müəllim sözünə davam elədi:

- Cəmilə xanım, sənə zəng etməkdə məqsədim başqadır. Dünən mənə köhnə dostlarımdan biri, Moskvada fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Ədəbi Məclisin rəhbəri Fizuli Fərəcov zəng eləmişdi. Bu günlərdə o “Zəka İşığında” saytınızda sənin “Tanrı heç kimə belə tale yazmasın” yazını oxuyandan sonra mənə zəng elədiyini dedi. Fizuli mənə qulaq asmadan danışırdı: Hələ Sovet dönəmində Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi, ölkənin sabahı naminə peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Hər şeydən öncə milli kadrlar hazırlanmasına böyük önəm verirdi. Ulu öndərin təşəbbüsü ilə Moskvanın, Leninqradın, Kiyevin və ölkənin digər şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa hər il Azərbaycandan çox sayda gənclər göndərilirdi. Moskvaya gələn o tələbələrin biri də mən olmuşam. Moskvada Aviasiya İnstitutunun təyyarəqurma fakültəsini bitirmişəm. Bizim institutda Kəlbəcərdən Çingiz adında bir nəfər oxuyurdu. Mənim Çingiz Hacıyevlə şəxsi tanışlığım elə həmin illərdə Moskvada oxuduğumuz illərdən başlayıb. O zaman Çingizlə bu tanışlığımız sonralar dostluğa çevrildi. Mənim elə bir xasiyyətim var ki, dostluqda hər zaman möhkəm olmuşam. Təkcə Çingizə qarşı deyil, bütün dostlarıma qarşı bu cür münasibətdəyəm. Mənim üçün dost kəlməsi hər şeydən üstündür. Hər adama mən dost deməmişəm. Dostluqda hər çətinliklərə dözən adamam.

Nəsib müəllim, onu da deyim ki, bu ailə mənim Kəlbəcərdən tanıdığım ilk və çox hörmətli ailə olub. O vaxt mən Çingizin dosta, qohum-əqrəbaya qarşı çox ciddi mehriban olduğunu görürdüm. Onun vasitəsiylə bütün ailəni tanıyırdım. Mən onda olan dostluq keyfiyyətini, mərdliyi görmüşəm. Bəziləri nəyinsə xətrinə bir-birləri ilə dostluq edirlər. Çingizlə dostluğumuz təmənnasızdır. Dəfələrlə onların Bakıdakı evlərində olmuşam. Elə tanışlığımızın ilk günlərindən ondakı səmimilik, alicənablıq, ən əsası dağ camaatına xas olan düzlüyü məni heyran etmişdi. İllər ötdükcə bu tanışlığımız dərinləşib, dostluğa çevrildi. O, etibarlı dost,yaxşı alim, gözəl ailə başçısı, vətənpərvər və qürurlu bir şəxsiyyət olduğunu bilirəm. Onun yüksək mənəvi keyfiyyətləri, savadı, peşəkarlığı bir-birini tamamlayırdı. Atası Məhəmməd həkim el-obanın tanınmış, sayılıb-seçilən ziyalılarından, ağsaqqallarından olub. İndi Çingiz Türkiyədə yaşayır, amma əlaqələrimiz kəsilib deyə, əlaqə saxlaya bilmirəm. Cəmilə Çiçəyin yazısında Çingizin qardaşı Qalibin dünyasını dəyişməsi xəbərini eşitdim və çox pis oldum. Yollar bağlı, əlimdən bir şey gəlmir.

- Nəsib müəllim, xahiş edirəm mənim və ailəmiz adından Hacıyevlərin dərdinə səmimi qəlbdən şərik olduğumu və onlarla bərabər kədərləndiyimi bildirəsiniz. Hacıyevlər ailəsinin üzvlərinə Qabilin həyatdan vaxtsız getməsinə təəssüfləndiyimi, kədərləndiyimi bildirəsiniz. Sizdən başqa Moskvada tanıyacağım bir kəlbəcərli yoxdur! Görüm bu koronavirusu zəhrimara qalsın!

Cəmilə, Fizuli Fərəcovun və mənim adımdan Hacıyevlərin aliləsinə başsağlığı verməyinizi xahiş edirəm!

Cəmilə ÇİÇƏK

 





29.04.2020    çap et  çap et