525.Az

Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu


 

Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu<b style="color:red"></b>

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb.

“Report”un xəbərinə görə, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

 





29.04.2020    çap et  çap et