525.Az

Tiflisdə virtual buktreyler festivalı keçiriləcək


 

Tiflisdə virtual buktreyler festivalı keçiriləcək<b style="color:red"></b>

Koronavirus pandemiyası səbəbindən may ayının sonlarına planlaşdırılan Tiflis Beynəlxalq Buktreyler Festivalı onlayn olaraq keçiriləcək.

Bu barədə Trend gürcü KİV-lərinə istinadən xəbər verir.

Gürcüstan Naşirləri və Kitab Satıcıları Birliyindən verilən məlumata görə, virtual festival mayın 30 və 31-də "Facebook" sosial şəbəkəsində keçiriləcək. Təşkilatçılar onlayn yarmarkada xüsusi proqram və kitablara endirimlər vəd edirlər.

Ölkənin əsas ədəbi hadisələrindən biri olan 22-ci Tiflis Beynəlxalq Kitab Festivalı özü payıza təxirə salınıb. Təşkilatçıların sözlərinə görə, bu festival 24-27 sentyabr 2020-ci il tarixində ənənəvi bir yerdə - "Expo Georgia" sərgi mərkəzində keçiriləcək.

 





29.04.2020    çap et  çap et