525.Az

Arzu Nağıyev: "Karantinin yumşaldılmasından sui-istifadə yeni dalğa gətirə bilər"


 

Arzu Nağıyev: "Karantinin yumşaldılmasından sui-istifadə yeni dalğa gətirə bilər"<b style="color:red"></b>

"Vətəndaşlarımız bunun fərqinə varmalıdır ki, məhdudiyyətlər bu prosesdən az itki ilə çıxmağa hesablanıb".

Day.Az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Deputat bildirib ki, pandemiyanın təsirlərinin azalması istiqamətində müsbət nəticələr əldə etsək də, məsuliyyətsiz yanaşma yeni dalğa gətirə bilər: "Məlumdur ki, artıq yoluxma halları istiqamətində və müalicə alanlar arasında müsbət tendensiya var. Bir sıra obyektlərin açılması da müsbət haldır. Lakin bu o demək deyil ki, təhlükə tam sovuşub. Hər bir insan öz məsuliyyətini dərk etməli və cəmiyyəti düşünməlidir. Vətəndaşlarımızın "evdə qal" kampaniyasına və sosial izolyasiya tədbirlərinə əməl etməsi virusun təsirlərinin azalması istiqamətində mühüm faktordur.

İnsanlar məsuliyyətsiz yanaşsa, virusun alovlanması mərhələsi yenidən başlaya bilər. Dünya praktikası göstərir ki, mütəmadi olaraq bu proseslərə əməl etmək lazımdır. Yumşaldılma tədricən getməlidir. Yumşaldılma prosesindən sui-istifadə edilsə, koronavirus yenidən baş qaldıra bilər. Yəni may ayının 4-dən sonra qaydalar daha da sərtləşdirilə bilər".

 





30.04.2020    çap et  çap et