525.Az

İndiyədək 1804 nəfər koronavirusa yoluxub: 1325 sağalan, 24 ölən var


 

İndiyədək 1804 nəfər koronavirusa yoluxub: <b style="color:red">1325 sağalan, 24 ölən var</b>

İndiyədək Azərbaycanda 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143.079 test aparılıb.

 

 





30.04.2020    çap et  çap et