525.Az

"Biz Sizinlə güclüyük" - Emin Həsənlidən Prezidentə məktub


 

"Biz Sizinlə güclüyük" - <b style="color:red">Emin Həsənlidən Prezidentə məktub </b>

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlərə görə, ölkənin hər yerindən prezidentə təşəkkür məktubları gəlməkdə davam edir.

Təqdim edəcəyimiz növbəti məktubu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ünvanlayıb:

"Sizin uzaq görənliyiniz, yüksək idarəçilik və müdrik qərarlarınızın nəticəsi olaraq Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar əldə edib. Daima ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığınız addımlar, etibarlı sabahımıza hesablanmış proqramlar həyata keçirməyiniz, xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır.

Sizin apardığınız siyasətin mərkəzində vətəndaş amilinin dayanmasının təzahürü bəşəriyyətin ən böyük problemi olan COVID-19-la aparılan mübarizədə bir daha özünü göstərdi. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə atdığınız mükəmməl qabaqlayıcı addımlar, yarana biləcək problemlərin vaxtında önlənməsinin nəticəsidir ki, ölkəmiz bu mübarizədə ən nümunəvi ölkələr siyahısındadır. Pandemiyanın qarşısının alınması məqsədilə həyata keçirilən örnək fəaliyyətlərinizlə bərabər ümumbəşəri bəladan əziyyət çəkən ölkə vətəndaşlarına göstərdiyiniz maddi və mənəvi dəstəyi xalq olaraq böyük məmnunluq, minnətdarlıq hissi ilə qarşılayırıq. Xüsusən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, məcburi-köçkünlərə, qaçqınlara və aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Xalqımızın cox böyük əksəriyyəti kimi bu kateqoriyadan olan insanlar da Sizi daima dəstəkləyir və Sizinlə birlikdə olduqlarını bəyan edirlər.

Biz Sizinlə güclüyük! Biz birlikdə güclüyük!"

 





30.04.2020    çap et  çap et