525.Az

Rusiyanın Baş Naziri koronavirusa yoluxdu


 

Rusiyanın Baş Naziri koronavirusa yoluxdu<b style="color:red"></b>

Rusiyanın Baş Naziri Mixail Mişustin yeni növ koronavirus infeksiyasına yoluxub.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Baş Nazirin özü təsdiqləyib.

"Bir az əvvəl məlum oldu ki, koronavirus üçün keçdiyim test müsbət nəticə verib", - deyə Mişustin Rusiya Prezidenti Vladimir Putinlə videobağlantı zamanı bildirib.

 





30.04.2020    çap et  çap et