525.Az

Sürücülərə vacib xəbərdarlıq


 

Sürücülərə vacib xəbərdarlıq<b style="color:red"></b> Baş Dövlət Yol Polisi İdarəsi qarlı-şaxtalı hava şəraiti ilə bağlı sürücülərə növbəti dəfə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, ölkə ərazisində qarlı hava şəraiti davam edir və bəzi yolları buz bağlayıb: “Hazırda Muğanlı-İsmayıllı və Quba-Qusar yollarının bəzi hissələrində buzlaşma müşahidə olunur. Yol istismar idarələri və yol polisi həmin ərazilərdə vəziyyəti nəzarətdə saxlayır. Yollara duz-qum tökülməsi işləri həyata keçirilir”.
 
K.Əliyev belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərin sükan arxasına keçməməsini tövsiyə edib: “Bu tip hava şəraiti hökm sürərkən hər iki oxu aparıcı olan nəqliyyat vasitələrinə üstünlük verilməlidir. Həmçinin qış təkərləri ilə təchiz edilmiş avtomobillərin yola çıxması məqsədəuyğundur”.
 





12.12.2013    çap et  çap et