525.Az

Qar yağacaq, yollar buz bağlayacaq


 

Qar yağacaq, yollar buz bağlayacaq<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Lent.az-a  bildirilib ki, mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 0-4 şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Paytaxtda gecə və səhər yollar buz bağlayacaq.

 Azərbaycanın rayonlarında isə sabah havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq.
 





12.12.2013    çap et  çap et