525.Az

Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək


 

Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək<b style="color:red"></b>

Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə (III oxunuş) təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

 





01.05.2020    çap et  çap et