525.Az

Qərargah: "Aprelin 27-dən sonra yoluxanların sayı artıb"


 

Qərargah: "Aprelin 27-dən sonra yoluxanların sayı artıb"<b style="color:red"></b>

“Ötən iki həftədə yoluxma faktlarında azalma qeydə alınıb. Aprelin 27-dən sonra isə yoluxanların sayının artması müşahidə olundu. Mayın 1-də yenə neqativ tendensiya müşahidə edildi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

İ. Məmmədov deyib ki, iki zidd tendensiya müşahidə olunur: “Amma həkimlərimizin fədakarlığının hesabına vəziyyət nəzarət altındadır”.

 





01.05.2020    çap et  çap et