525.Az

"Yaşı 65-dən yuxarı şəxslərlə bağlı qadağaya mayın 11-dən sonra yenidən baxıla bilər"


 

"Yaşı 65-dən yuxarı şəxslərlə bağlı qadağaya mayın 11-dən sonra yenidən baxıla bilər"<b style="color:red"></b>

“Bakıda restoranların fəaliyyəti qadandır. SMS icazələri qüvvədədir. 65 yaşına qadağa isə bütün ölkədə qüvvədədir”.

APA-nın məlumatına görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, mümkündür ki, mayın 11-dən sonra 65 yaşından yuxarı şəxslərin hərəkətinə qoyulan qadağaya yenidən baxılsın:

“Növbəti mərhələdə 65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər. Bu, situasiyadan asılı olacaq”.

 





01.05.2020    çap et  çap et