525.Az

Ramin Bayramlı: “Gəncə və Lənkəranda koronavirusa yoluxma artıb”


 

Ramin Bayramlı: “Gəncə və Lənkəranda koronavirusa yoluxma artıb”<b style="color:red"></b>

“Son günlər Gəncə və Lənkəran şəhərlərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın artdığı müşahidə edilir”.

APA-nın məlumatına görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, burada tibb müsəsisələrinin işində korreksiyaya ehtiyac var: “Son günlər bu işin nəticəsini görürük və vətəndaşlarımızı daha məsuliyyətli olmağa dəvət edirik”.

TƏBİB-in sədri vurğulayıb ki, “yaşıl zona” yoluxmanın olmadığı, “sarı zona” 50-dən az yoluxmanın olduğu, 50-dən yuxarı yoluxmanın olduğu ərazilər “narıncı zona”, 100-dən yuxarı yoluxmanın olduğu ərazilər isə “qırmızı zona”lardır:

“Sarı zona”da qabaqlayıcı, “narıncı zona”da orta səviyyəli, “qırmızı zona”da isə sərt karantin qaydaları tətbiq ediləcək. Hələlik Azərbaycanda “sarı zona” və “narıncı zona” var”.

 





01.05.2020    çap et  çap et