525.Az

“Xaricdən gələn bütün vətəndaşlarımız karantində saxlanılacaq”


 

“Xaricdən gələn bütün vətəndaşlarımız karantində saxlanılacaq”<b style="color:red"></b>

“Xüsusi karantin rejimi sərhədlərimizdə də davam etdirilib. İndiyə qədər 11 minə yaxın vətəndaşımız hava nəqliyyatı ilə ölkəyə daxil olub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, portal vasitəsi ilə gündəlik 300-500 vətəndaşımızı qəbul edə biləcəyik: "Xaricdən gələn bütün vətəndaşlarımız karantində saxlanılacaq. 14 günlük karantin rejiminə əməl etmədən vətəndaşlarımızı ölkə ərazisinə buraxa bilmərik. 14 günlük müayinə nəticəsində pozitiv hallar aşkar edilənlər xəstəxanalara, testi neqativ çıxanlar evlərinə göndəriləcək”.

 





01.05.2020    çap et  çap et