525.Az

Putin: “Rusiyada millətlərarası münasibətləri qızışdıranlar..."


 

Putin: “Rusiyada millətlərarası münasibətləri qızışdıranlar..."<b style="color:red"></b> “Rusiyada millətlərarası münasibətləri hansısa xalqlar yox, mədəniyyətindən, həm özünün, həm də başqalarının ənənələrinə hörmətdən məhrum olmuş insanlar qızışdırırlar”.
 
Lent.az-ın məlumatına görə, bunu ölkə prezidenti Vladimir Putin Federal Şuraya çağırışında deyib.
 
O bildirib ki, millətlərarası münasibətlər ən əsas mövzudur: “Burada Rusiyanın bir çox problemi, sosial-iqtisadi çətinliklər, korrupsiya, dövlət institutlarının işində axsamalar və əlbəttə, təhsil və mədəniyyət siyasətində uğursuzluqlar fokuslaşdırılır”.
 
Putinin fikrincə, bu amillər tez-tez millətlərarası münasibətlərin əsl səbəblərinin təhrif olunmuş formada başa düşülməsinə gətirib çıxarıb.
 





12.12.2013    çap et  çap et