525.Az

Milli Kitabxanada telekonfrans keçirildi


 

Milli Kitabxanada telekonfrans keçirildi<b style="color:red"></b>

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın 01 may 2020-ci il tarixli qərarına müvafiq olaraq xüsusi karantin rejiminin 31 may 2020-ci il tarixinədək uzadılması ilə əlaqədar Milli Kitabxananın bu dövrdə fəaliyyətinin təşkili məsələlərinə həsr olunmuş telekonfrans keçirildi.

Kitabxananın müdiriyyətinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən telekonfransda  Milli Kitabxananın koronovirus dövründə fəaliyyəti təhlil edildi və may ayının 5-dən sonra görüləcək işlərin əsas istiqamətləri və bu fəaliyyətdə iştirak edə biləcək işçi kontingentinin tərkibi müzakirə olundu.

Kitabxananın direktoru  Kərim Tahirov qarşıdakı dövrdə kollektivin qarşısında duran vəzifələrlə bağlı  iştirakçılara ətraflı məlumat verərək, əsas vəzifənin  minimum  sayda əməkdaşları işə cəlb etməklə Milli Kitabxananın işinin lazımi səviyyədə qurmaqdan ibarət olduğunu diqqətə çatdırdı.
 
Sonda direktor bütün iştirakçıların qarşıdakı dövrdəki əmək fəaliyyətləri ilə bağlı suallarını virtual rejimdə cavablandırdı və onlara növbəti iş dövründə uğurlar arzuladı.

 





02.05.2020    çap et  çap et