525.Az

Prezident polşalı həmkarını təbrik etdi


 

Prezident polşalı həmkarını təbrik etdi<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:   

“Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bugünkü səviyyəsi, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra daha da dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına daim rifah arzulayıram”.

 





02.05.2020    çap et  çap et