525.Az

Bakının 300-dən artıq küçə və prospekti dezinfeksiya edildi


 

Bakının 300-dən artıq küçə və prospekti dezinfeksiya edildi <b style="color:red"></b>

Bu gün səhər saatlarından başlayaraq Bakının küçə və prospektlərində, həmçinin kənar qəsəbə və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, icra hakimiyyəti strukturlarına aid 37, Daxili İşlər Nazirliyinə (DİN) aid 15 xüsusi texnika, həmçinin təsərrüfat xidmətlərinin 2 000-dən çox işçisi bu tədbirlərə cəlb edilib.

Saat 17.00-a olan məlumata görə, şəhər və qəsəbələr üzrə 300-dən artıq küçə və prospektin dezinfeksiya işləri təmin edilib.

 





02.05.2020    çap et  çap et