525.Az

Bakcell” Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib


 

Bakcell” Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib <b style="color:red"></b>

“Bakcell” şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib.

Ötən həftə “Bakcell” əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib vəşirkət adından yardım qutularını təqdim ediblər. Xəzər Rayonİcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri siyahılara əsasən aksiya çərçivəsində, “Bakcell” tərəfindən qəsəbədə yaşayan650 ailəyə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, bu təşəbbüs “Bakcell” tərəfindən "Covİd-19"a qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, “Bakcell” karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib, bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza ödəmə kartları hədiyyə edib.

“Bakcell” şirkəti sosial izolyasiya müddətində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

 





02.05.2020    çap et  çap et