525.Az

"Dünyada koronavirus qurbanlarının sayı 240 minə çatır"


 

"Dünyada koronavirus qurbanlarının sayı 240 minə çatır"<b style="color:red"></b>

Dünyada koronavirusa yoluxma hallarının sayı 3,3 milyonu ötüb, 238 mindən çox insan virusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Təşkilatın son məlumatlarına görə, dünyada bir gün ərzində COVID-19-a 82,7 mindən çox yeni yoluxma qeydə alınıb. Hazırda virusa yoluxanların ümumi sayı 3 349 786 təşkil edir.

Son bir gün ərzində ölüm halları 8 657 artıb, bununla da dünyada koronavirus qurbanlarının ümumi sayı 238 628 təşkil edir.

Dünyada COVID-19-a yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınb. Köhnə qitədə 1 518 895 virusa yoluxub, 142,6 mindən çox insan ölüb.

 





03.05.2020    çap et  çap et