525.Az

Putinin Kim Çen Inı təltif etdiyi medal Şimali Koreya XİN başçısına təqdim olundu


 

Putinin Kim Çen Inı təltif etdiyi medal Şimali Koreya XİN başçısına təqdim olundu<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Inı təltif etdiyi medal Şimali Koreyanın Xarici İşlər nazirinə təqdim olunub.

APA-nın “Moscow Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, medalın təqdimetmə mərasimi Mansudae Yığıncaq Zalında baş tutub.

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” xatirə medalı Rusiya səfiri Aleksandr Matseqora tərəfindən Şimali Koreyanın Xaric İşlər naziri Ri Son Qvona təqdim olunub”, - deyə qeyd olunub.

Qeyd edək ki, Rusiya Prezidenti Kim Çen Inı Şimali Koreyada həlak olan sovet əsgərlərinin xatirəsinin əbədiləşdirilməsindəki roluna görə xatirə medalı ilə təltif edib.

Xatırladaq ki, Şimali Koreyada 1375 sovet əsgəri dəfn olunub.

 





05.05.2020    çap et  çap et