525.Az

Təhsil Nazirliyindən psixoloji yardım istəyənlərin sayı açıqlandı


 

Təhsil Nazirliyindən psixoloji yardım istəyənlərin sayı açıqlandı<b style="color:red"></b>

Aprelin 6-dan 30-dək Təhsil Nazirliyinin 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 863 zəng daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin mövzusu əsasən yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik yaş böhranı dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemi, abituriyentlərdə imtahan həyəcanı, kiçik yaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçik yaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli olub.

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

S.QARAYEVA

 





05.05.2020    çap et  çap et