525.Az

Koronavirusa yoluxanların sayı 2 mini keçib: 1508 sağalan, 26 ölən var


 

Koronavirusa yoluxanların sayı 2 mini keçib: <b style="color:red">1508 sağalan, 26 ölən var</b>

Hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,  onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.

 





05.05.2020    çap et  çap et