525.Az

Qərargah: "Pozitiv dinamikanı itirməyə başlamışıq, yoluxma sayı artır"


 

Qərargah: "Pozitiv dinamikanı itirməyə başlamışıq, yoluxma sayı artır"<b style="color:red"></b>

“Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, yeni yoluxmaların sayı artır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu, gözlənilən idi:

“Biz bilirdik ki, karantin rejimindən çıxmağa başlayanda yoluxmaların sayı artacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq kifayətdir. Koronavirusdan qorunmağın əsas yolu karantin qaydalarına ciddi əməl etməkdir”.

 





05.05.2020    çap et  çap et