525.Az

Postmodernizmdə insan problemi (davamı)


 

Postmodernizmdə insan problemi <b style="color:red">(davamı)</b>

Əgər Sad fəlsəfəsində subyekt obyekt arasındakı sərhəd aradan götürülürsə, artıq postmodernizmdə, xüsusilə , Mişel Fukonun timsalında fəlsəfə subyektdən, insandan azad olunmuş məkanda düşünmək vəziyyətində qalır. Öz fəlsəfi yaradıcılığının əsas istiqamətini Fuko Hegelin rasional universalizminin dəf edilməsi kimi görürdü. O qeyd edirdi: "Bizim bütün epoxamız, istər məntiq ya epistomologiya vasitəsilə, istərsə Marksın ya Nitsşenin köməyi ilə olsun, Hegeldən qaçmağa cəhd edir. Fuko müasiri olduğu "subyekt fəlsəfəsini Sartrın daha çox fenomenologiyanı təhlil edərək bu nəticəyə gəlir ki, tez ya gec subyektin mövcudluğun yeganə forması olması düşüncəsinin haqlı olması, subyekt onun fasiləsizliyi onun atributları keyfiyyətində çıxış edib-etməməsi, sərhədlərində subyekt tərəfindən bu keyfiyyətlərin itirilməsi baş verən belə "təcrübələr", yəni "subyektin dissosiasiyası" mümkündürmü? Fuko qeyd edir ki "söhbət ancaq obyektə münasibətin formal şərtlərini müəyyənləşdirməkdən; bərabər şəkildə həm subyektə ümumiyyətlə artıq gerçəkdə verilən bir neçə obyektin dərkini həyata keçirməyə imkan verən hansısa momentdə empirik şərtləri üzə çıxarmaqdan getmir. Məsələ subyektin olmalı olduğu, onun hansı şərtlərə tabe edilməsi, onun statusa malik olması, bu ya başqa tipli dərkin qanuniləşdirilmiş subyekti olması üçün onun hansı gerçək təsəvvür edilən mövqe tutmasından ibarətdir; qısa deyilsə, söhbət onun "subyektivləşdirilməsi" üsulunun müəyyənləşdirilməsindən gedir; çünki aydındır ki, bu üsul haqqında söhbət gedən idrakın müqəddəs mətnin ekzeqezi formasına, ya təbii tarixin müşahidəsi, ya da ruhi xəstənin davranışlarının təhlili formasına malik olması halında bu üsulun eyni olmaması aydındır". Delezin qeyd etdiyi kimi: "Fukonun inkar etdikdən sonra itirilmiş subyekti yenidən açması ya yenidən geri qaytarmasını təsdiq etmək səfehlik olar. Subyekt yoxdur, yalnız subyektivliyin doğulması vardır: zamanı gəldiyi anda subyektivliyi hələ doğurmaq zəruri idi, məhz ona görə ki, subyekt mövcud deyil".

Fuko zəkanın özünün xarakterinə görə insanın daim illüziyalara məruz qalmasını bildirir. Subyekt hər şeyi obyektivləşdirərək ümumbəşəri zəka səviyyəsinə yüksəlir. Həyatda hər şeyi tənzimləyən zəkanın qələbəsi həm təbiətdə, həm "orqanizmin tələbatları təbiətində", həm bütün insan növündə özünü göstərmişdi.

Fuko özünün iyirmi illik elmi fəaliyyətini ümumiləşdirərkən belə yazırdı: "Hər şeydən əvvəl mən son iyirmi il ərzində mənim işlərimin məqsədinin olması barədə danışmaq istəyirəm.  O,  hakimiyyət fenomenini təhlil etməkdən, yaxud belə bir bənzər təhlil yaratmaqdan ibarət olmamışdır.  Əksinə, mənim vəzifəm insan mövcudluğunu bizim mədəniyyətdə subyektlərə çevirən müxtəlif modusların tarixini yaratmaqdan ibarətdir.  Mənim işim insan mövcudluqlarını subyektə transformasiya edən üç növ modusa aid olmuşdur. Birincisi, özünə elm statusu verməyə cəhd edən tədqiqat modusları: məsələn, danışan subyektin ümumi qrammatikada, filologiyada linqvistikada obyektivləşməsi ya elə məhz bu modusda maddi dəyərlərin iqtisadiyyatın təhlilində çalışan subyektin, istehsal edən subyektin obyektivləşməsi. Yaxud, üçüncü misal, təbii tarixdə ya biologiyada sadə fiziki movcudluq faktının obyektivləşməsi.

Mənim işimin ikinci hissəsində mən subyektin o  obyektivləşmə prosesini tədqiq etmişəm ki, mən onu "təcrübə ilə bölüşdürülən" adlandırıram. Subyekt ya öz daxilində bölünmüşdür, ya da başqalarından ayrılmışdır.  Misal ağılsızlar normallar, xəstələr sağlamlar, cinayətkarlar "intizamlılar"dır.

Nəhayət, mən hal-hazırda məşğul olduğum kimi, insanın necə özünü subyektə çevirməsini tədqiq edirəm. Məsələn, mən seksuallıq sferasını seçdim - insanlar necə özlərini "seksuallıq" subyektləri olaraq tanıyırlar. Beləliklə mənim tədqiqatlarımın əsas mövzusu hakimiyyət deyil, subyektdir".

Fukonun düşüncəsinə görə "bizim tarixi varlığımızın daimi tənqidini" nəzərdə tutan maarifçilik dövrü bir mədəni istiqamət kimi qarşıya müvafiq dərk proqramı qoymuşdur: "eyni zamanda indiyə münasibət, tarixi varlığın modusu özü-özünü bir avtonom subyekt  kimi  qurma". Əgər Kanta qədər "tənqid"in əsas məsələsi idrakın irəli getməkdən imtina etməli olduğu sərhədlərin müəyyənləşdirilməsi idisə, Kantın özü üçün həll edilməli məsələ "bizə verilən ümumi, zəruri vacib təkcənin, təsadüfün özbaşına icbariyyətlərdən gələnin payı necədir.

Kant özündən əvvəlki metafizikanın mən kiməm, biz kimik sualını biz tarixin bu anında, hal-hazırda kimik sualı kimi formalaşdırdı. Məhz fəlsəfi düşüncənin bu istiqaməti get-gedə daha böyük əhəmiyyət kəsb etməyə başladı.

Fuko insan həyatının, gündəlik həyat formalarının nəzərə çarpmadan dəyişdiyini, özünün təbii bioloji əsasından, sosiumdan, yüz illər ərzində yaradılmış mədəniyyətdən qopmaqda olduğunu qeyd edir. Bu dəyişikliklər, xüsusilə XX əsrin ikinci yarısından misilsiz sürətlə baş verən dəyişikliklər daha aydın şəkildə göstərməyə başladı ki, insan davranışları ağlın tövsiyələri ilə deyil, fərdin özünü ifadəsi uğrunda eyni kəmiyyətdə qarşı qoyulan güc ilə mübarizədə müəyyənləşir. Fukonun "subyektin ölümü" haqqındakı poststrukturalizmin "nəzəri antihumanizminin" mürəkkəb ziddiyyətli  postulatı da polemik olaraq insanın öz mövcudluğunun sosial şərtlərdən  real  şəkildə asılılığını nəzərə almayan maarifçi, romantik, pozitivist illüziyalara qarşı yönəldilmişdir. Poststrukturalist subyekt nəzəriyyəsi insan təbiətinin daha mürəkkəb anlamına, onun şüurunun daha dərin təhlilinə iddia edir. Poststrukturalizm bərqərar olunmuş fəlsəfi düşüncənin rasional üsullarından imtina edərək subyektin sosial-mədəni asılılığını hər şeydən əvvəl onun bütün düşüncə səviyyəsində əsaslandırmağa cəhd edirlər,  bu zaman fərdin düşüncəsi ilk növbədə "kollektiv şüursuzluq" hərəkətləri ilə şərtləndirilir. Əlbəttə, bu asılılığın dərəcəsi bu şüursuzluğun təbiəti müxtəlif düşünürlər tərəfindən müxtəlif cür müəyyənləşdirilir.

Poststruktralizm nəzəriyyəsi üçün mühüm olan Fukonun subyekt haqqında təsəvvürlər kompleksinin təhlili üçün onun bütün yaradıcılığından keçən ağılsızlıq problemi əsas açarlardan biridir.  Bu problem Fukonun bütün düşüncə sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Ağılsızlığa münasibət Fukoda insan mövcudluğunun mənasını, onun sivilliyinin, özünüdərk bacarığının bununla da özünüdərkin mədəniyyətdə öz yerini anlamağın, dilin hakimiyyət strukturunun testi rolunu oynayır. İnsanın "ağılsıza",  ruhi xəstəyə, dəliyə olan münasibəti Fuko üçün, tədqiqatçıların da qeyd etdiyi kimi "insan humanizminin onun yetkinlik səviyyəsinin göstəricisi, ölçüsüdür bu planda bütün insanlıq tarixi onda (Fukoda-A.Ə.) ağılsızlıq tarixi kimi görünür. Fukonun maraq tədqiqat dairəsində həmişə ağlı istisna edən fenomenlər mühüm rol  oynamışdır. İnsanda tarixdə "başqası" üzə çıxaran ağılsızlıq, təsadüf, tarixi qeyri-ardıcıllıq, fasiləlilik s.nin daha parlaq ardıcıl təzahürlərini o daha çox ədəbiyyatda görürdü. Leyç yazırdı ki, "faktik olaraq Fukonun diqqətini həmişə zəiflər əzilənlər sosial "artıqlar"-ağılsız, pasient, cani, sapqın-sistematik şəkildə cəmiyyətdən təcrid olunmağa məruz qalanlar cəlb edirdilər. Təəccüblü deyil ki, Fuko Sad, Qelderlin, Nitsşe, Arto, Batay Russelə xüsusi ehtiras bəsləyirdi".

Əlbəttə, Fukonun ağılsızlıq probleminə olan xüsusi diqqəti yalnız onun düşüncəsi yaradıcılığı üçün istisnalıq təşkil edən bir cizgi deyildir. Bu, bütün müasir Qərb fəlsəfəsində, xüsusilə daha çox  poststrukturalist nəzəri təsəvvürlər çərçivəsində geniş yayılmış bir münasibətdir. Bütün poststrukturalistlər, eləcə , müəyyən fərqli kontekstlərdə adlandırılan postmodernistlər insanın "Başqası"na olan münasibəti bir çox məna incəlikləri ilə mühüm anlayışdır. Çox zaman bu "başqası"nın şüursuz xarakteri onu son həddə ya hər şeydən əvvəl, psixi, sosial, əxlaqi "norma"larının hüdudlarından kənarda qoyur bununla da ona bir "ağılsız"a, "dəli" baxış əsası verir. Bütün hallarda, "norma"ya münasibətə görə ümumi "nəzəri şübhəçilik" zamanı, rəsmi şəkildə cəmiyyətdə ya dövlət qanunları ya da qeyri-rəsmi "əxlaq qaydaları" ilə ağılsızlıqla sanksiyalaşmış "norma"dan "yayınma" insanın hakimiyyət münasibətlərinin hökm sürən strukturları ilə onu "determinləşdirməsindən" azadlığının qarantıdır. Daha sonralar "ağılsızlığın qaçılmazlığı" mövzusunu Delez Qvattari imtiyazlı mövqeyi sanki ona "fraqmentar həqiqətlərə" yol açmağı təmin edən "şizofreniya" "şizofrenik" adına öz difirambları ilə inkişaf etdirdilər.

(ardı var)

 





12.12.2013    çap et  çap et