525.Az
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi
Bakıda daha bir sərnişin avtobusu ağır qəza törədib.
Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 66 ünvanının qarşısında, 62 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı, 10 TC 960 nömrəli sərnişin avtobusu 1974-cü il təvəllüdlü Abbasov Əlipaşa Sahib oğlunu vurub. Daha sonra avtobusun sürücüsü, Bakı şəhər Xətai rayon sakini, 1966-cı il təvəllüdlü Alıyev Sabir Paşa oğlu idarə etdiyi avtobusla hadisə yerindən qaçmağa çalışıb. Bu zaman avtobus xəsarət almış piyadanı 18-20 metr sürüyüb və digər avtomobilin altına atıb. 39 yaşlı Ə.Abbasov xəstəxanaya aparılarkən keçinib.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
13.12.2013
çap et