525.Az

"İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq"


 

"İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq"<b style="color:red"></b>

"Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank"da əhalinin təxminən 680 milyon manat əmanəti var".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

"Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəgin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər", - deyə o, qeyd edib.

 





06.05.2020    çap et  çap et