525.Az

“Azərbaycanın ürəyidir Naxçıvan” Bolqarıstanda mükafat aldı - Video


 

“Azərbaycanın ürəyidir Naxçıvan” Bolqarıstanda mükafat aldı - <b style="color:red">Video</b>

Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (International Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib.  

Dünyanın hər yerindən turistik istiqamətləri təqdim edən festivalın məqsədlərinə turizm məhsulları barədə videoçarxların geniş kütləyə çatdırılması, mədəni və tarixi irsin reklamına investisiya qoyulmasının stimullaşdırılması, turizm şirkətləri arasında marağın yaradılması, peşəkar audio-vizual səyahət istehsalının təşviq edilməsi, yüksək effektiv reklam üçün mühitin formalaşdırılması və s. daxildir.  

Film festivalında ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət və ayinlər və s. mövzular üzrə hazırlanmış videoçarxlar onlayn şəkildə geniş auditoriya tərəfindən izlənilib.  

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü əsasında Naxçıvan Televiziyası tərəfindən hazırlanmış “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmin ingilis dilində olan variantının namizədliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən festivalın təşkilatçılarına təqdim edilib.  

Festivalın münsiflər heyəti tərəfindən təqdim olunmuş filmlər nəzərdən keçirilib və mayın 3-də qaliblər elan edilib.  

Festivalın “Turizm məkanı” kateqoriyası üzrə “Reportaj və ya sənədli film” alt-kateqoriyasında “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmi qalib gəlib. 

Sənədli film festivalın rəsmi internet səhifəsində və “Youtube” kanalında yerləşdirilib.

 





07.05.2020    çap et  çap et