525.Az

Müəllimlərə güzəştli ipoteka krediti verilməsi qaydasında dəyişiklik


 

Müəllimlərə güzəştli ipoteka krediti verilməsi qaydasında dəyişiklik <b style="color:red"></b>

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, gənc ailənin üzvü olan, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi.

Eyni zamanda, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərlə yanaşı ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

 





07.05.2020    çap et  çap et