525.Az

Müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulunun vaxtı açıqlandı


 

Müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulunun vaxtı açıqlandı<b style="color:red"></b>

"Müəllimlərin müddətli müqavilə əsasında işə qəbulunun müsahibə mərhələsinə bu il onlayn formada imkan yaradılıb. İki həftə ərzində 1400-ə yaxın müəllimin daimiləşməsi  nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

O deyib ki, müəllimlərin yerdəyişməsi elektron formada may və iyun aylarında həyata keçiriləcək: "Müəllimlərin mərkəzləşmiş qaydada iş qəbulunun bu il iyulun ikinci yarısı və avqustda keçirilməsi nəzərdə tutulur".

 





07.05.2020    çap et  çap et