525.Az

Milli Məclis Aparatının Katibliyində dörd nəfər vəzifəsindən azad edildi


 

Milli Məclis Aparatının Katibliyində dörd nəfər vəzifəsindən azad edildi<b style="color:red"></b>

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının Katibliyində dörd nəfər işdən çıxarılıb.

Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov, Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova, Milli Məclis Sədrinin müavininin köməkçisi - Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib.

 





07.05.2020    çap et  çap et