525.Az

Azərbaycan vətəndaşları iki çarter reysi ilə İstanbuldan Bakıya gətirildi


 

Azərbaycan vətəndaşları iki çarter reysi ilə İstanbuldan Bakıya gətirildi<b style="color:red"></b>

Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata kecirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən "APA-Economics"ə verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

 





07.05.2020    çap et  çap et