525.Az

Əmək miqrasiyası kvotası açıqlandı


 

Əmək miqrasiyası kvotası açıqlandı<b style="color:red"></b>

2019-cu il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəy verilməsi üçün 6941 müraciət daxil olub.

APA-nın məlumatına görə, bu barədə Nazirliyin 2019-cu il hesabatında məlumat verilib. Qeyd edilib ki, onlardan ümumilikdə 4277 nəfər olmaqla 2122 nəfərə iş icazəsi verilməsi, 2155 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. 2664 əcnəbiyə iş icazəsi verilməsindən imtina edilib. Müsbət rəy verilmiş əcnəbilərin əsasən mədənçıxarma, tikinti və emal sənayesi sahələrində işə cəlb olunması nəzərdə tutulub.

2020-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi üçün layihə hazırlanıb və bu layihə əsasında Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin əmək miqrasiyası kvotası 6740 nəfər təsdiq olunub.

 





08.05.2020    çap et  çap et