525.Az

Quba-Xınalıq yolunda qar uçqunu baş verib


 

Quba-Xınalıq yolunda qar uçqunu baş verib<b style="color:red"></b>

Azərbaycan ərazisinə yağan güclü qar şimal bölgəsində bəzi istiqamətlərdə kənd yollarının bağlanması ilə nəticələnib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunda qar uçqunu baş verib və yol bağlanıb. Bu istiqamətdə olan 6 kənd - Xınalıq, Qələxudat, Bastançı, Cek, Əlik və Atuc kəndlərinə avtomaşınların hərəkəti mümkünsüz olub.

Quba Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 35,37 km və 45 km-liyində qar uçqunu qeydə alınıb. Ümumilikdə yolun 35-ci km-dən 57-ci km-liyinə kimi yol bağlıdır. Hazırda əraziyə texnika cəlb olunub.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov APA-ya bildirib ki, hazırda yollarda avtomobillərin hərəkətini bərpa etmək üçün işlər görülür.

 





13.12.2013    çap et  çap et