525.Az

Xalqın Ulu öndər sevgisi


 

Xalqın Ulu öndər sevgisi<b style="color:red"></b>

Qafil BAXŞIYEV
Tovuz Rayon Məhkəməsinin sədri

 
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 97 il ötür. Azərbaycan xalqı taleyində və tarixində silinməz izlər qoymuş Ulu öndər Heydər Əliyevi həmişə ehtiramla yad edir, ruhu qarşısında baş əyir. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının çox şahidi olmuşuq.


Heydər Əliyev zəkası məkan və zaman anlayışına sığmır. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük şəxsiyyətin siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.


Azərbaycan dövlət quruculuq prosesini sürətlə keçdi. Çünki Ulu öndər Heydər Əliyevin yatardığı prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən məharətlə gəldi. Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi Azərbaycanın tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.


Bu dahi şəxsiyyətin - Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyev bu gün Azərbaycana böyük peşkarlıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi işıqlı gələcəyə aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.


Dünyanı cənginə alan koronavirus pandemiyası bu gün mükəmməl iqtisadi sistemə malik bir çox dövlətləri böyük çətinliklərlə üz-üzə qoyub. Azərbaycanda isə virusun yayılmasının qarşısının alınması istiqamətində dövlət və hökumət orqanları tərəfindən aparılan ardıcıl və məqsədyönlü qabaqlayıcı tədbirlər nəticəsində bu sahədə vəziyyətin fəlakət həddinə çatmasına imkan verilməyib. Bu ağır günlərdə əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi məqsədilə hökumət tərəfindən atılan müxtəlif addımlar, göstərilən yardımlar bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır, əhalinin sosial rifahı hər zaman prioritet məsələdir.


Fəxri xiyaban. Hər il mayın 10-da bu müqəddəs məkanı müqəddəs ziyarətgaha çevirən saysız-hesabsız insanlar - dövlət və siyasi xadimlər, görkəmli şəxsiyyətlər, sadə vətəndaşlar Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edir, abidəsi önündən keçir, onun ruhu qarşısında baş əyirlər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsidir. Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevə məhəbbəti sonsuz və əbədidir. Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, Ulu öndər Heydər Əliyevin əziz xatirəsi də daima könüllərdə yaşayacaq.

 





09.05.2020    çap et  çap et